Qızıl neçəyə oldu?- Yeni qiymət
15 Dekabr 2025, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
449
27.02.2025, 20:51
Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.
Bu barədə Dünya Bankından məlumat verilib. Maliyyələşdirmənin həcmi kreditləşmənin hansı templə aparılmasından asılı olacaq.
IBRD-nin 2025-2026-cı maliyyə illəri üçün ilkin planına Azərbaycan hökumətinin müraciəti əsasında 4-5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmə 250-400 milyon ABŞ dolları təşkil edəcək. O cümlədən aşağıdakı layihələrə vəsaitin ayrılması nəzərdə tutulur: məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə - 150 milyon ABŞ dolları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) - 225 milyon ABŞ dolları, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsi - 400 milyon ABŞ dolları, Bakının inkişafı layihəsi – 100-300 milyon ABŞ dolları.
Bu vəsaitin təxminən yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı gözlənilir.
“Gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyən edilməsi üçün Azərbaycan hökuməti ilə işləməyi planlaşdırır. İlkin dövrdə əsas diqqət aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcək. Bu, proqramının həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər”, - bankdan qeyd edilib.
Həmçinin oxuyun
2024-cü il dekabrın əvvəlində Azərbaycanda IBRD-nin ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.
Azərbaycan IBRD səhmlərinin 0,13 %-nə sahibdir ki, bu da 2 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda 60,915 milyon ABŞ dolları dəyərində olan daha 505 səhmin alınması planlaşdırılır.
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.